Anaerob infeksiya
Anaerob infeksiya — yara infeksiyanın bir növüdür və oksigensiz, havasız yerdə baş verir.
Mühüm cəhəti iltihab olmadan ağrının baş verməsi, ödəmin, qazın və tez bir zamanda toxumalarda yerli ölümün əmələ gəlməsidir. Anaerob infeksiyanın törədiciləri əsasən insan, heyvanların bağırsaqlarında müşahidə edilir və torpağa düşərək uzun müddət orada yaşayırlar. Ən çox əkin yerlərində, bostan və bağlarda, peyində gübrə məqsədilə istifadə olunan yerlərdə təsadüf edilir, bundan əlavə anaerob mikroblar insanın dərisində, alt və üst paltarlarında da ola bilər. Ən çox anaerob infeksiya müharibə zamanı müşahidə edilir. Məsələn, böyük Vətən müharibəsi illərində yaralıların arasında 1,5–2% anaerob qanqrena və 10,5% halda isə anaerob qanqrenadan ölüm halları təsadüf edilmişdir.
Anaerob infeksiya qazlı qanqrena, qanqrena, orqanın çürüməsi və s. adını daşıyıb, hal-hazırda isə anaerob qanqrena adlandırılır.
== Anaerob infeksiyanın yaranmasının səbəbləri ==
Xəstəliyin səbəblərinə kor güllə yarası, yad cisimlərlə yaralanma, geniş və dərin, çoxlu ciblərə malik yaralar, qanı saxlamaq məqsədilə ətrafa uzun müddət kəmərin və ya damara liqaturanın qoyulması, aclıq, yorğunluq, kəskin anemiya, şok, orqanizmin müqavimətinin azalması, torpaqla çirklənmiş yaralar daxildir.
== Anaerob infeksiyanın gedişatı ==
Xəstəliyin gizli dövrü 1–7 günə qədərdir.